"Axios": Rusiyaya qarşı sanksiyaların “memarı” Dalip Sinqh Ağ Evə qayıdacaq

post-img

"PGIM Fixed Income"un qlobal iqtisadiyyat üzrə baş direktoru Dalip Sinqh ABŞ prezidenti Co Baydenin administrasiyasında beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini vəzifəsinə qayıdacaq. Bu barədə Axios xəbər verir. Nəşr cənab Sinqhi Rusiyaya qarşı sanksiyaların “əsas memarı” adlandırır. O, 2022-ci ilin iyununda Ağ Evi tərk edib.

"Axios" xəbər verir ki, cənab Sinqh fevralın sonunda vəzifəsini tərk edəcək Mayk Paylı milli təhlükəsizlik müşavirinin müavini kimi əvəz edəcək. Nəşr qeyd edir ki, o, Ağ Evin ən vacib simalarından biridir. Vəzifə sahibi həm ABŞ Milli Təhlükəsizlik Şurasına, həm də dövlət qurumu olan Milli İqtisadi Şuraya hesabat verir.

"Axios" xəbər verir ki, cənab Sinqhin vəzifələrinə, həmçinin G7 və G20 sammitlərində ABŞ-ın mövqeyini təqdim etmək də daxildir. G7 ölkələrinin nümayəndələri iyunda İtaliyada, G20 sammiti noyabrda Braziliyada görüşəcəklər.

Dalip Sinqh ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyasında Xəzinədarlıq katibinin beynəlxalq məsələlər üzrə köməkçisinin müavini və maliyyə bazarları üzrə Xəzinədarlıq katibinin köməkçisi vəzifəsini icra edib. 2020-ci ildə, koronavirus pandemiyasının ən pis dövründə, cənab Sinqh Nyu York Federal Ehtiyat Bankında iqtisadiyyatı dəstəkləmək üçün təcili kredit proqramlarının əksəriyyətinə cavabdehlik daşıyıb.

S.ELAY

XQ

 

Dünya