Putin: Rusiya Ukraynanın NATO-ya cəlb olunmasından narahatdır

post-img

Rusiya Ukraynanın NATO-ya cəlb olunma ehtimalından narahat narahatdır, çünki bu, ölkəmizin təhlükəsizliyini təhdid edir. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib. Məlumatı “Anadolu” verib. 

Amerikalı jurnalist Taker Karlsonla müsahibədən sonra Qərb liderlərinin şərhlərini qiymətləndirən Putin deyib ki, “onların dediklərimi dinləmələri yaxşıdır”, lakin “dediklərimi təhrif edirlər”.

“Mən demədim ki, bizim Ukraynada xüsusi hərbi əməliyyatımızın başlaması NATO-nun Rusiyaya hücumu təhlükəsi ilə bağlıdır.(...) Mən başqa şeydən danışırdım, deyirdim ki, bizi daim aldadıblar. NATO-nun şərqə doğru genişlənməməsi. Yeri gəlmişkən, bunu ilk növbədə NATO-nun o vaxtkı baş katibi deyirdi və o, Almaniya Federativ Respublikasının nümayəndəsi idi. O dedi: Şərqə bir qarış da yox. Sonra beş genişlənmə və tam aldatma”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada müharibəyə başlamadı, “sadəcə onu dayandırmağa çalışır”.

Putin qeyd edib ki, Ukrayna “İstanbulda əldə olunan razılaşmaları tam şəkildə yerinə yetirməyə razı olsaydı, müharibə il yarım əvvəl dayanardı”.

P.ƏMİRCANOV
XQ

Dünya