İslandiyada vulkan püskürməsi nəticəsində lavanın qar sahələrini necə əhatə etdiyi ilə bağlı görüntülər qeydə alınıb. Dron vasitəsilə çəkilmiş videogörüntülər “Nation Geographic”ə məxsus pilotsuz uçuş aparatı ilə çəkilib.
Heyrətamiz kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Bir neçə gün əvvəl baş verən püskürmə nəticəsində lava əsas isti su borularını zədələyib. Bununla əlaqədar İslandiyada fövqəladə vəziyyət elan edilib. Ölkənin əsas turizm məkanlarından olan “Mavi laquna” geotermal kurortu da lava axını səbəbindən bağlanıb.
Qeyd edək ki, vulkan püskürməsi İslandiyada dekabr ayından bəri üçüncü dəfə baş verir.
S.FİDAN
XQ