Ağ Evin rəsmi bildirişindən 15 gün keçəndən sonra F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresindən heç bir etiraz gəlməyib. Bu barədə “Anadolu” yazıb.
Yanvarın 26-da ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud qırıcılar üçün dəstlərin təkmilləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.
F-16-ların Türkiyəyə satışı ilə bağlı rəsmi bildirişdən sonra ABŞ Konqresinin qiymətləndirmək və etiraz etmək üçün 15 gün vaxtı var idi. Son tarix şənbə günü, fevralın 10-da başa çatıb. Qanuna görə, etiraz yoxdursa, satış davam etdirilməlidir.
Etiraz yalnız Kentukki senatoru Rand Paul tərəfindən təqdim edilib. Sənəd Senatın Xarici Əlaqələr Komitəsinə təqdim edilib, lakin heç bir tədbir görülməyib.
Beləliklə, verilən müddət başa çatıb və ABŞ-ın Silah İxracına Nəzarət Aktına (AECA) uyğun olaraq, müvafiq qurumlar arasında satış prosesinin başlanmasına heç bir maneə yoxdur.
Müvafiq qanunvericiliyə görə, sözügedən müddət NATO ölkələri üçün 15 gün, NATO üzvü olmayan ölkələr üçün isə 30 gündür.
P.ƏMİRCANOV
XQ