Pakistanda seçki prosesini pozmaq üçün 51 terror aktı törədilib

post-img

Pakistanın müxtəlif bölgələrində seçki prosesini pozmaq üçün ümumilikdə 51 terror aktı həyata keçirilib.

Sinxua agentliyi xəbər verir ki, bu barədə Pakistan Ordusunun mətbuat xidməti qismində fəaliyyət göstərən ictimai əlaqələr üzrə qurumlararası idarənin məlumatında deyilir.

Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib. Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.

Pakistan ordusunun 137 min hərbçisinin və çevik reaksiya qüvvələrinin 7 min 800 əməkdaşının təxminən 6 min həssas seçki məntəqəsində ictimai asayışın qorunmasına cəlb olunduğu bildirilib.

Dünya