Hakan Fidan: Türkiyə Liviyanın bütövlüyü və sabitliyinə sadiqdir

post-img

Türkiyə Liviyanın ərazi bütövlüyü və sabitliyinə sadiqdir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tripolidə Liviya Milli Birlik Hökumətinin (GNU) baş naziri Abdel Hamid Dbeybe ilə danışıqlardan sonra bəyan edib. Məlumatı “Anadolu” verib.  

“Türkiyənin Liviyanın bütövlüyü, sabitliyi və firavanlığına dəstəyini bir daha təsdiqlədim”, - deyə Fidan bildirib.

Nazir vurğulayıb ki, “Türkiyə ilə Liviyanı “çox dərin tarixi köklərə malik qardaşlıq əlaqələri” birləşdirir.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər geniş spektrli məsələləri, o cümlədən, regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

“Bizim Türkiyə və Liviyanın bəzi münaqişələr, problemlər və vətəndaş müharibələri ilə bağlı, xüsusən də Afrikanın cənubunda hansı birgə addımlar ata biləcəyinə baxmaq imkanımız oldu” _ deyə Fidan qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya