ABŞ və İngiltərə daha 6 ölkənin dəstəklədiyi Yəməndə 36 hədəfə hücum edib

post-img

ABŞ və Britaniya silahlı qüvvələri Yəməndə husilərin nəzarətində olan 36 hədəfə zərbələr endirib. Hücum Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə həyata keçirilib. Bu barədə birgə bəyanatda deyilir.

Koalisiya yerin dərinliklərində silahların, raket sistemlərinin və qurğularının, hava hücumundan müdafiə sistemlərinin və radarların yerləşdiyi 13 obyektə zərbələr endirib. Hücum Qırmızı dənizdən tranzit keçən ticarət gəmilərinə və hərbi gəmilərə husilərin davam edən hücumlarına cavab idi. Husilərin noyabrın ortalarından bəri 30 dəfədən çox hücum etdiyi iddia edilir.

"Məqsədimiz gərginliyi azaltmaq və Qırmızı dənizdə sabitliyi bərpa etməkdir, lakin... biz dünyanın ən mühüm su yollarından birində insanların həyatını və ticarətin sərbəst axınını qorumağa davam etməkdən çəkinməyəcəyik", - birgə bəyanatda deyilir. 

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, bu hücum husilərə “qanunsuz hücumlarına son qoymasalar” nəticələrlə üzləşəcəklərinə dair açıq siqnaldır. İngiltərə Müdafiə Nazirliyi hücumda Britaniya Tayfun qırıcılarından istifadə edildiyini bildirib. Onlar Sənanın qərbində Qırmızı dəniz sahilində PUA-nın yerüstü idarəetmə stansiyalarını vurublar. Qeyd olunur ki, əməliyyat dinc əhalinin itkisi riskini minimuma endirəcək şəkildə planlaşdırılıb. Müdafiə naziri Qrant Şapps qeyd edib ki, zərbələr “eskalasiya deyil”.

Yəmən husiləri İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibənin başlamasının ardınca Qırmızı dənizdə İsraillə əlaqəli ola biləcəyinə inandıqları gəmiləri atəşə tutmağa başlayıblar. ABŞ və Böyük Britaniya yanvar ayından Yəməndəki husilərin mövqelərinə zərbələr endirir. Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin edən ABŞ-ın rəhbərlik etdiyi bir neçə ölkənin koalisiyası var.

S.ELAY

XQ

Dünya