Finlandiya Rusiya ilə sərhədi açmaqdan imtina etdi

post-img

Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, ölkə yaxın vaxtlarda Rusiya ilə sərhəddə keçid məntəqələrini aça bilməz. Əvvəllər Finlandiya rəsmiləri keçid məntəqələrinin fevralın 11-dək bağlı qalacağını bildirmişdilər.

Petteri Orpo Yle TV-də deyib: “Anladığımız qədər, şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni yolla Finlandiyaya gəlmək olan insanlar var... Aydındır ki, biz sərhədlərin bağlanmasını ləğv edə bilməyəcəyik”.

O əlavə edib ki, minlərlə insan Rusiyadan Finlandiyaya daxil olmaq istəyir. Baş nazirin sözlərinə görə, hakimiyyət sərhədlərin açılmasına qədər qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün tədbirlər hazırlamalıdır.

Finlandiya hakimiyyəti 2023-cü il noyabrın ortalarında Rusiya ilə sərhəddəki keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb və ilin sonuna qədər onların hamısını bağlayıb. Yanvarın 11-də keçid məntəqəsinin bağlanması fevralın 11-dək uzadılıb. Finlandiya hökuməti belə tədbirləri Rusiya ərazisindən gələn qeyri-qanuni miqrantların çoxluğu ilə izah edib.

S.ELAY

XQ

Dünya