70 saylı Neftçala seçki dairəsində prezident seçkilərini 700-dən artıq müşahidəçi izləyəcək

post-img

"70 saylı Neftçala seçki dairəsı 48 seçki məntəqəsini özündə birləşdirir. Seçki dairəsi üzrə qeydiyyatda 51 532 nəfər seçicinin adı var. Bu məntəqələrin 5-i veb-kameralarla təmin olunub". Bunu secki-2024.az saytına açıqlamasında 70 saylı Neftçala dairə seçki komissiyasının sədri Ülvi Nəhmədzadə deyib.

DSK sədri ötən dövr ərzində məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərin keçirildiyini, onlara seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib:

“Fevralın 7-də baş tutacaq seçkilərdə dairə üzrə ilk dəfə səs verəcək 2 mindən artıq seçicimiz var. 100 yaşdan yuxarı seçicilərimizin sayı isə 3 nəfərdir. DSK üzrə 700-dən artıq müşahidəçi qeydiyyata alınıb”.

DSK sədri seçki məntəqələrinin seçkiyə tam hazır vəziyyətdə olduğunu da diqqətə çatdırıb. O bildirib ki, məntəqələrlə bağlı bütün texniki məsələlər həll olunub. ATƏT/DTHİB nümayəndələri seçkiyə hazırlıq prosesi dövründə DSK-da olublar. Ü.Nəhmədzadə seçki bülletenlərinin seçki məntəqələrinə paylanıldığını da diqqətə çatdırıb. 

 

Son xəbərlər