ABŞ İraq və Suriyaya zərbələr endirdiyini təsdiqləyib

post-img

ABŞ qüvvələri İordaniyada ABŞ hərbçilərinə qarşı hücuma cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfi vurub.

TASS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"ABŞ silahlı qüvvələri 85-dən çox hədəfi vurub”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əməliyyatda “çox sayda təyyarə”, o cümlədən uzaq mənzilli bombardmançılar iştirak edib. Bombalanan obyektlər arasında komanda-nəzarət məntəqələri, kəşfiyyat mərkəzləri və pilotsuz uçuş aparatları olan anbarlar olub.

S.ELAY

XQ

Dünya