Tətillər Almaniyanın yüzlərlə hava limanını iflic edib

post-img

Almaniyanın əksər iri hava limanlarında təhlükəsizlik işçiləri tətil keçiriblər və bu, artıq ölkə üzrə yüzlərlə reysin ləğvinə səbəb olub. Məlumatı “Associated Press” agentliyinə istinadən “İnterfaks.ru” verib. 

Məlumata görə, həmkarlar ittifaqı çərşənbə axşamı gözlənilən tətil barədə elan edib. İttifaq Frankfurt, Berlin, Düsseldorf və Hamburq da daxil olmaqla 11 hava limanından işçiləri iştirak etməyə çağırıb. Tətillər başlamazdan əvvəl Berlin, Hamburq və Ştutqarta bütün uçuşlar ləğv edilib.

Hava limanı təhlükəsizlik işçilərinin hərəkətləri səbəbindən təxminən 1,1 min uçuşun ləğv ediləcəyini və ya dəyişdiriləcəyini təxmin edib. İşçilər əmək haqqının artırılmasını və iş vaxtından artıq işə görə mükafatların tətbiqini tələb edir.

Bununla belə, Bavariyadakı hava limanının təhlükəsizlik işçiləri, o cümlədən ölkənin ikinci ən işlək hava limanı Münhen tətillərdə iştirak etmir.

Həmkarlar təşkilatı ictimai nəqliyyat sektorunda çalışanları da cümə günü tətilə çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya