Kreml Berlinin düşmənçiliyi ilə bağlı planı dərindən öyrənir

post-img

Kreml bildirib ki, Almaniya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış Rusiyanın çəkindirilməsi ilə bağlı qondarma təcrid planı dərin təhlilə ehtiyac duyur, lakin Berlinin Moskvaya qarşı açıq düşmənçiliyi yeni deyil. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “İnterfaks.ru” verib. 

Jurnalistlərin Almaniya hakimiyyətinin mövqeyi və Rusiyanın mümkün cavab addımları barədə sualını şərh etməsini xahiş etdikdə, prezidentin mətbuat katibi Dmitri Peskov belə cavab verib: “Biz bunun necə bir plan olduğunu görməliyik. Almaniyanın Rusiya ilə qətiyyətli qarşıdurma yolu tutduğu sirr deyil”.

O qeyd edib: “Bu baxımdan burada heç bir yenilik yoxdur, lakin, əlbəttə ki, Berlinin bu məşhur əhval-ruhiyyəsini nəzərə alaraq, belə bir planla diqqətlə tanış olmalıyıq”.

P.ƏMİRCANOV

XQ

Dünya