Türkiyəyə F-16-ların verilməsi ABŞ və NATO-nun maraqlarına uyğundur

post-img

Türkiyəyə F-16 qırıcılarının verilməsi ABŞ və NATO müttəfiqlərinin maraqlarına uyğundur. Bu barədə “Anadolu” agentliyinin müxbirinə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi məlumat verib.

O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Türkiyə parlamentinin İsveçin NATO-ya üzv olma ərizəsini təsdiq etməsini alqışlayır. 

Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ Prezidenti Co Bayden əvvəldən Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəkləyib: “Bu (Türkiyəyə F-16-ların tədarükü) NATO daxilində qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq və ABŞ-ın milli maraqlarına uyğundur”.

Onun sözlərinə görə, Ağ Ev administrasiyası “xarici ölkələrə silah satışında mühüm rol oynayan” ABŞ Konqresi ilə bu məsələ üzərində işləyir.

P.ƏMİRCANOV

XQ

Dünya