Zəlzələnin episentri Çinin Sincan-Uyğur bölgəsi olub

post-img

ABŞ-ın Geoloji Xidməti Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Aykol şəhərində 7,0 bal gücündə zəlzələ baş verdiyini bildirib. Məlumatı “Anadolu” verib. 

Təşkilatın saytında yerləşdirilən məlumata görə, ocağı Aykol şəhərində olan 7,0 bal gücündə zəlzələ Sakit okean vaxtı ilə saat 21.09-da baş verib.

Bu məlumata görə, zəlzələ 13 kilometr dərinlikdə baş verib. Təxminən yarım saat sonra bölgədə 5,1, 5,5 və 5,0 bal gücündə zəlzələlər baş verib.

Episentri Qızıl-Su olan Qırğızıstanda 7 bal gücündə zəlzələ baş verdiyini ilkin olaraq bildirən ABŞ Geoloji Xidməti daha sonra dəqiqləşdirib ki, zəlzələnin episentri Çinin Aykol şəhəri olub.

 

P.ƏMİRCANOV

XQ

Dünya