Türkiyənin “Bozdoğan” və “Gökdoğan” raketləri qəbul sınaqlarına hazırdır

post-img

Türkiyənin TÜBİTAK SAGE mərkəzinin inkişaf etdirdiyi “Bozdoğan” və “Gökdoğan” “hava-hava” raketlərinin dizayn yoxlama sınaqları tamamlanıb. Bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

O, “Bozdoğan” və “Gökdoğan” raketlərinin qəbul sınaqları üçün hazır olduğunu qeyd edib.

H.Görgün bildirib ki, ən qısa zamanda hər iki raketin döyüş başlığı ilə sınaqları həyata keçiriləcək və bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsinə veriləcək.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya