Qırğızıstanın yeni bayrağı qaldırılıb

post-img

Bişkekin Ala-Too meydanında yeni bayrağın təntənəli qaldırılması mərasimi olub.

Mərasimdə Qırğızıstan Respublikasının Baş naziri Akılbek Japarov, Joqorku Keneş (parlament) sədri Nurlanbek Şakiyev, dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Boobek Ajikeev, Baş Qərargah rəisi Ruslan Mukambetov, Bişkek meri Aibek Junushaliev və bayrağın müəllifləri Jusup Mataev və Bekbosun Jaychybekov iştirak ediblər.

Tədbir dövlət himninin sədaları altında baş tutub.

2023-cü il dekabrın 22-də Prezident Sadır Japarov “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun imzalayıb. Sənəd iki gün əvvəl parlament tərəfindən qəbul edilib.

Qanun Qırğızıstan Respublikasının əsas dövlət rəmzlərindən birinin - ölkə bayrağının təkmilləşdirilməsi məqsədilə qəbul edilib. Qanunda Qırğızıstan Respublikasının bayrağındakı günəş şüalarının forması dalğavaridən düzə dəyişdirilib.

 

P.ƏMİRCANOV

XQ

Dünya