İtaliya Avropa İttifaqının vahid ordusunun yaradılmasının tərəfdarıdır

post-img

İtaliyanın xarici işlər naziri Antonio Tayani “La Stampa” nəşrinə müsahibəsində deyib ki, Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır. O, Avropa ölkələri arasında müdafiə sahəsində daha sıx əməkdaşlığın rəhbərlik etdiyi “İrəli İtaliya!” partiyası üçün prioritet olduğunu vurğulayıb.

“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacı var. Bu isə effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün əsas şərtdir”, - deyə cənab Tayani bildirib.

XİN rəhbərinin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı bir dünyada Avropa vətəndaşlarını ancaq Avropa İttifaqı qoruya bilər.

Aİ dəfələrlə vahid ordunun yaradılması imkanından danışıb. Belə ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell 2021-ci ildə Avropa İttifaqının ümumi çevik reaksiya qüvvəsinə ehtiyacı olduğunu bildirib. O, həmçinin 2022-ci ilin mayında Ukrayna ərazisində münaqişə başlayandan sonra öz silahlı qüvvələrinin yaradılmasının zəruriliyindən danışıb.

S.ELAY

XQ

Dünya