Zelenski Böyük Britaniyanın baş naziri ilə danışıb

post-img

Ukrayna prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub. Mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək olub. Zelenski özü bu barədə "Telegram" kanalında bildirib.

Zelenski qeyd edib ki, o, cənab Sunaka Rusiyanın Ukraynaya qarşı son hücumları barədə danışıb. Beş gün ərzində rusların ən azı 500 raket və pilotsuz uçan aparatla hücum etdiklərini bildirib.

Dövlət başçısı, həmçinin Londonun Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsində, xüsusən də radarlar, qabaqcıl pilotsuz uçuş aparatları sistemləri və raketlərlə təmin edilməsində göstərdiyi əhəmiyyətli köməyə görə Sunaka təşəkkür edib.

“Biz Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiəsinin və uzaqmənzilli imkanlarının daha da gücləndirilməsini vurğulayaraq müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə etdik”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski əlavə edib ki, o və cənab Sunak Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində məhsuldar işi qeyd ediblər.

Tərəflər, həmçinin İsveçrədə dövlət başçılarının müşavirlərinin görüşündən əvvəl sülh formuluna dair mövqelərini razılaşdırıb və liderlər səviyyəsində Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

S.ELAY

XQ

Dünya