İsrail “Intel”dən 16,6 milyard dollar alacaq

post-img

“Intel” rəsmi Təl-Əvivdən 3,2 milyard dollarlıq güzəşt aldıqdan sonra İsrailə, ümumilikdə, 25 milyard dollar sərmayə qoyacağını təsdiqləyib. Bu barədə “Bloomberg” məlumat yayıb.

Vəsaitlər “Intel”in İsraildə yarımkeçiri­ci istehsalını genişləndirmək üçün istifadə olunacaq. Xüsusilə, Amerika İT nəhəngi Kiryat Qatda yeni çip istehsalı zavodu tikmək niyyətindədir. Müəssisə minlərlə yeni iş yeri ilə təmin olunacaq. Şirkətin İsrail bölməsində hazırda 11,7 min nəfər çalışır.

İsrail hökuməti “Intel”dən yeni zavodu 2028-ci ilə qədər işə salmağı və onu, ən azı, 2035-ci ilə qədər dəstək göstərməyə xahiş edib. “Intel” növbəti on il ərzində İs­rail təchizatçılarına 60 milyard şekel (təx­minən, 16,6 milyard dollar) xərcləməyi vəd edib.

İsrail Maliyyə Nazirliyi “Intel”in inves­tisiyasını ölkədə fəaliyyət göstərən bütün ticarət müəssisələri arasında tarixdə ən böyük investisiya adlandırıb.

XQ

Dünya