Putin və Mahmud Abbas arasında telefon danışığı olub

post-img

Rusiya Prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas telefonla Fələstin-İsrail münaqişəsi, əsasən də Qəzza zolağında vəziyyətin görünməmiş gərginləşməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə söhbətdən sonra Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fələstin-İsrail münaqişəsinin, ilk növbədə, Qəzza zolağında misli görünməmiş gərginləşməsi ilə bağlı məsələlər ətraflı müzakirə edilib”, - Kremlin bəyanatında deyilir.

Putin Abbası Rusiya tərəfinin Qəzza zolağında münaqişənin deeskalasiyasına kömək etmək üçün atdığı addımlar barədə məlumatlandırıb. Bəyanatda həmçinin qeyd edir ki, Rusiya Qəzza zolağına zəruri mallar, o cümlədən dərman və tibbi avadanlıq tədarükünü davam etdirəcək.

Putin və Abbas Fələstin-İsrail münaqişəsi zonasında qan tökülməsinə tez son qoymağa və siyasi nizamlamanın bərpasına çağırıblar: “Qan tökülməsinə tez son qoyulmasının və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, hamılıqla tanınmış beynəlxalq hüquq əsasında Yaxın Şərq nizamlamasının bərpasının vacibliyi vurğulanıb”. 

Putin Abbasın münaqişənin BMT-nin iki dövlət düsturuna əsaslanaraq həlli səylərini dəstəkləyib. 

P.ƏMİRCANOV
XQ

Dünya