Məhkəmə Trampın prezident seçkilərində iştirakına qadağa qoyub

post-img

ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi ölkənin sabiq prezidenti Donald Trampı ştatın 2024-cü il seçki bülletenindən çıxarıb. Buna səbəb kimi onun 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyaya hücumu ilə nəticələnən qiyamda iştirak etdiyi göstərilib. Məlumatı “Anadolu” verib. 

Məhkəmənin müvafiq qərarı 3 səs əleyhinə olmaqla 4 səslə qəbul edilib.

Qərara əsasən, Respublikaçı na­mizədlərin mübarizə aparacağı Kolora­doda 2024-cü il martın 5-də keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletendə yer almayacaq.

Məhkəmə Trampın 6 yanvar 2021-ci il hadisələri zamanı hərəkətlərinin "qiyam və üsyan" cinayətlərinə bərabər olduğu və Konstitusiyanın 14-cü maddəsinin po­zulması anlamına gəldiyi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu qərarla Tramp ABŞ tarixində çox nadir hallarda tətbiq edilən 14-cü düzəliş çərçivəsində Ağ Ev sahibi seçilmək hüququnu itirmiş hesab edilən ilk prezidentliyə namizəd olub.

P.ƏMİRCANOV
XQ

Dünya