Mühəndislər robotların özünüdərkini yaxşılaşdırmağın yolunu tapıblar

post-img

Münxen Texniki Universitetinin mütəxəssisləri robotlara propriosepsiya verməklə, onların bədən hissələrinin harada olduğu və hansı funksiyaları yerinə yetirə biləcəkləri barədə fikir söyləməklə onların özünüdərketmə qabiliyyətini yaxşılaşdırmağın yolunu tapıblar. Araşdırma “Science Robotics” elmi jurnalında dərc olunub. 

Həmçinin kinesteziya adlanan prop­riosepsiya bədənin yerini, hərəkətlərini hiss etmək qabiliyyətidir. Ətraf mühiti dü­şünmədən sərbəst hərəkət edə bilməyi­mizin səbəbi də məhz budur. İnsanlarda və heyvanlarda beyin bədənin mövqeyin­dən və ətraf mühitlə necə qarşılıqlı əlaqə­də ola biləcəyindən daim xəbərdardır. 

Mühəndislər də maşına oxşar siste­mi, onlara geriyə əlaqə sensorları əlavə etmək istəyirlər. Eyni zamanda, daxil olan məlumatları toplamaq və emal et­mək üçün maşın öyrənmə texnologiya­sından istifadə etmək qərarına gəliblər. Mütəxəssislər aşkar ediblər ki, mexa­nizmlər təsadüfi ardıcıllıqla müxtəlif mü­hərrəkləri işə salaraq onların hissələrinin işləməsi haqqında məlumat bazaları ya­ratmağa başlayırlar.

Altı ayaqlı bot, humanoid və robotqol da daxil olmaqla müxtəlif növ robotlar üzərində aparılan testlər göstərib ki, bü­tün mexanizmlər öz quruluşlarını, his­sələrini və birlikdə onların necə işlədiklə­rini hiss edirlər.

AYTƏN
XQ

Dünya