Avropa Parlamentinin deputatı Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırır

post-img

Avropa Parlamentinin Litvadan olan deputatı Rasa Juknevičiene bildirib ki, Avropa Komissiyası (AK) və Aİ Şurası Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsini nəzərdən keçirməlidir. Bu barədə “Moskovski Komsomolets” yazır.

O hesab edir ki, Macarıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putini dəstəkləyir. Buna görə də o, “Orbanı dayandırmaq” və Avropa İttifaqının özü üçün mümkün sabitliyi pozan nəticələrin qarşısını almaq üçün tədbirlərin görülməsinə çağırıb.

“Niyə Aİ Şurası və Avropa Komissiyası bu məsələ ilə bağlı hələ də tədbir görmür? <...> Ümid edirik ki, təsirli tədbirlər görüləcək. Əks halda, Aİ-nin gələcəyi ilə bağlı ciddi suallarla üzləşməli ola bilərik”, - deyə deputat yekunlaşdırıb.

O, Aİ-nin parçalanmasının getdikcə daha aydın göründüyü barədə xəbərdarlıq edib.

S.ELAY

XQ

Dünya