Avropa İttifaqı Gürcüstana namizəd statusu verilməsi barədə qərar qəbul edib

post-img

Avropa İttifaqı Gürcüstana quruma üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib.

XQ xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Avropa İttifaqı Gürcüstana namizəd statusu verib. Aİ, həmçinin Bosniya və Herseqovina ilə danışıqlara həmin ölkə tərəfindən üzvlük meyarlarına tələb edilən uyğunluq səviyyəsinə nail olduqdan sonra başlayacaq. Bunun üçün biz Avropa Komissiyasına mart ayında hesabat təqdim etməyi tapşırmışıq və bununla bağlı qərar qəbul ediləcək”, - deyə o vurğulayıb.

Mişel qeyd edib ki, Aİ ölkələri, həmçinin Ukrayna və Moldovanın İttifaqa qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Dünya