Qəzzada ölən jurnalistlərin sayı 86-ya çatıb

post-img

Qəzza zolağında hazırkı gərginlik zamanı öldürülən media işçilərinin sayı 86-ya çatıb. TASS xəbər verir ki , bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin rəsmi Telegram kanalında dərc olunan adların siyahısına əsasən, ölənlər arasında 3 qadın jurnalist da var.

Qeyd edək ki, ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya