Slovakiya Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara qarşı çıxıb

post-img

Slovakiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marian Keri deyib ki, Ukrayna Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara başlamağa hazır deyil. Onun fikrincə, Kiyev Aİ-yə daxil olmaq üçün “çox uzun bir yol” getməlidir.

“Ukrayna Avropa Birliyinə üzv olmaq istəyirsə, daha çox addımlar atmalı və çox uzun bir yol keçməlidir. Ölkələrin sırf siyasi qərarla Aİ-yə daxil ola bildiyi dövr çoxdan geridə qalıb. İndi Ukrayna da bütün meyarlara cavab verməlidir, məsələn, Slovakiyada olduğu kimi”,- cənab Keri “İzvestiya”ya deyib.

Macarıstanın baş naziri Viktor Orban dekabrın əvvəlində Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına veto qoyacağını vəd edib. Macarıstandakı hakim alyans ötən həftə müvafiq qətnaməni parlamentə təqdim edib. “Financial Times” yazıb ki, Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılması ilə bağlı Aİ ölkələri arasında da fikir ayrılıqları qalmaqdadır.

S.ELAY

XQ

Dünya