The Economist: ABŞ İsraildən Qəzzada müharibəni ilin sonuna qədər bitirməyi xahiş edib

post-img

“The Economist” mənbələrə istinadən yazır ki, ABŞ hakimiyyəti İsrailə Qəzza zolağında hərbi əməliyyatı yeni ilə qədər başa çatdırmalı olduğu barədə məlumat verib. Jurnalın məlumatına görə, İsrail Müdafiə Qüvvələri böyük ehtimalla daha az intensivliklə və quru qoşunlarına arxalanaraq hərbi kampaniyanı davam etdirəcək. Belə bir ssenaridə, The Economist etiraf edir ki, Fələstin HƏMAS hərəkatı Qəzzanın bir hissəsinə nəzarəti davam etdirəcək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika hakimiyyətinin mövqeyini ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı çatdırıb. Hər iki ölkənin səlahiyyətliləri açıq şəkildə ABŞ administrasiyasının israillilər üçün hər hansı müddət təyin etdiyini inkar edirlər. Nəşr əlavə edir ki, ABŞ rəsmiləri İsraildən xüsusilə Qəzza zolağının cənubunda "fələstinli mülki əhalinin əzablarını yüngülləşdirmək" üçün daha çox səy göstərməyi tələb edir.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail səlahiyyətliləri həlak olanların sayını 1,4 min, Fələstin səlahiyyətliləri isə 17 mindən çox öldüyünü bildirir. Noyabrın sonunda tərəflər bir neçə günlük atəşkəs barədə razılığa gəliblər, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib. Dekabrın 8-də ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apararaq, İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqdan narahatlığını bildirib.

S.ELAY

XQ

Dünya