Erməni politoloq: Ermənistanın real müttəfiqləri yoxdur

post-img

“Hazırda bizim real müttəfiqlərimiz, təhlükəsizlik problemlərimizin sistemli həlli yoxdur. Biz ciddi daxili problemlərlə üzləşmişik, həm müxalifət, həm də indiki iqtidar sözün əsl mənasında nə edəcəyini bilmir”.

“Caliber” xəbər verir ki, bu barədə erməni politoloq David Karapetyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Ermənistan hakimiyyəti Qərblə əməkdaşlıq istəyimizi fəal şəkildə nümayiş etdirir. Digər tərəfdən, Larsda embarqomuz var. Biz müxtəlif formatlarda müxtəlif sessiyalarda iştirak edə bilmirik, çünki bu, ciddi iqtisadi problemlər yaradır. İndi biz gözləyirik, görək hakimiyyət orqanları hansı addımlar atacaq. Başqa sözlə, bu yanaşma ciddi deyil. Əvvəlcə demarş edib, sonra mövqeyini dəyişmək yolverilməzdir”, - deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya