Almaniya Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün intensiv işləyir.
Bu fikri Almaniyanın xarici işlər naziri Annalena Barbok sosial şəbəkə hesabında paylaşıb.
O yazıb ki, Azərbaycan və Ermənistan arasında etimad addımları onlara ümid verir.
A.Barbok məhbusların qarşılıqlı azadlığa buraxılmasını mühüm addım hesab edir.
Rizvan FİKRƏTOĞLU
XQ