Ermənistan parlamentinin komitəsi “HayaKve”nin təşəbbüsünü qəbul etməyib

post-img

Ermənistan parlamentinin Dövlət hüquq məsələləri komitəsi ölkənin “HayaKve” vətəndaş təşəbbüsü qrupunun irəli sürdüyü qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əleyhinə səs verib.

XQ bu barədə erməni saytlarına istinadən xəbər verir.

Məlumata görə, təkliflərdə “Artsax”ın başqa ölkənin ərazisi kimi tanınmasına və “erməni soyqırımı”nın inkarına görə 15 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsi nəzərdə tutulurdu.

Qanun layihəsini komissiyaya Ermənistanın müxalif “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Parlament təklifləri qəbul etməyib. 

 

P.ƏMİRCANOV

XQ

Dünya