“Biz 30 il Qarabağı qarət etdik, Azərbaycan isə silahlandı”

post-img

“2020-ci ildə müharibədən sonra ailəmlə birlikdə Ermənistanın Qoris şəhərinə təxliyə olunduq. Ağdamda mülküm, evim, nar bağlarım var idi. Arayik Arutyunyan bizi aldatdı, heç bir pul ödəmədi. Pulu ancaq öz adamlarına verdilər, pulsuz qaldıq”.

“Caliber” xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ bölgəsindən olan, orada qeyri-qanuni yaşamış mühacir erməni Ermənistan telekanalına müsahibəsində bildirib: “Arayik Arutyunyanın adamları da, yaşadığımız kəndin başçısı da bizi qarət edirdi, soyurdular. Kim rəhbərlik edirdisə, hamını qarət edirdi. Qarabağ erməniləri 30 il aldadıldı. Digər tərəfdən isə, Azərbaycan silahlanırdı. Düşünürəm ki, Qarabağı qaytarmaq mümkün olmayacaq, mən bunu həmişə demişəm və deyəcəyəm. Azərbaycan hər bölgədə baza yaradıb, hava limanları tikibsə, biz Qarabağı necə qaytaracağıq? Həm də bütün dövlətlər Azərbaycanın tərəfindədir”.

Erməni mühacir deyib ki, Qarabağ klanı Qarabağı yeyib: “1998-ci ildən Qorisdən Qarabağa gələndə Arkadi Qukasyanın dövründən bəri quldurluq başladığını gördüm”.

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət