Maskın 2-ci “Starship”i kosmosa çatdı

post-img

Yadınızdadırsa, “SpaceX” şirkətinin yeni nəsil “Starship” kosmik gəmisi noyabrın 18-də sınaq uçuşu həyata keçirmişdi. Lakin kosmik gəmi həmin gün səmaya qalxan zaman partlamış və meydançanı da məhv etmişdi. 

1-ci uçuşdan sonra “SpaceX”in qurucusu və rəhbəri İlon Mask X-də yazmışdı ki, raket 3-4 həftə ərzin­də uçmağa hazır olmalıdır. 2-ci, artıq uğurlu uçuşdan sonra isə o, uçuşu bu cür dəyərləndirib: “Starship özünü ye­nidən yoxladı və o, əla vəziyyətdədir! Uçuş çox yaxşı keçdi. Kosmik gəmi bu dəfə kosmosa çatdı. Onun bütün 33 mühərriki alışdı; əvvəlki uçuşlarda isə 6-sı uğursuz olmuşdu”.

Mask, “SpaceX”in əvvəlki uçuşda partlamasına nəyin səbəb olduğunu açıqlamayıb. 

Ayan SƏMƏDQIZI
XQ

Dünya