ABŞ-ın hərbi gəmisi Çinin ərazi sularına daxil olub

post-img

Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Cənubi Çin dənizindəki Nanşa (Spratli) arxipelağında Çin ərazi sularına qanunsuz daxil olan Amerikanın USS Gabrielle Giffords hərbi gəmisinin keçidini izləyib. Bu barədə Cənub Döyüş Komandanlığının sözçüsü Tian Junli bildirib. 

O qeyd edib ki, ABŞ-ın bu cür hərəkətləri beynəlxalq hüquq normalarını, ÇXR-in suverenliyini pozmaqla həyata keçirilir və Çinin təhlükəsizliyinə xələl gətirir: “Bu, ABŞ-ın Cənubi Çin dənizində sülh və sabitliyə ən böyük təhlükə olduğunu tam şəkildə nümayiş etdirir”.

Nanşa (Spratli) adaları Cənubi Çin dənizində Çindən başqa Vyetnam, Bruney, İndoneziya, Malayziya və Filippin tərəfindən iddia edilən mübahisəli ərazidə yerləşir.

P.ƏMİRCANOV

XQ

Dünya