Belarus Prezidenti Çin lideri ilə görüşüb

post-img

Çinin Diaoyutay hökumət iqamətgahında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçirilib. Məlumatı BelTA yayıb.  

Belarus lideri bildirib ki, qarşılıqlı münasibətlərin yüksəlişi ənənəvi sahələrin dərinləşməsinə və Minsklə Pekin arasında yeni əməkdaşlıq mexanizmlərinin işə salınmasına güclü təkan verib: "Belarus Çin üçün etibarlı tərəfdaş olub, var və olacaq", - Lukaşenko bildirib.

O, qeyd edib ki, Belarus və Çin arasında hərtərəfli strateji əməkdaşlığın inkişafı iki ölkənin ideologiyalarının vəhdəti və “bu gün dünyada baş verən hadisələrin və proseslərin məntiqi” ilə müəyyən edilir.

Çin Xalq Respublikasının sədri deyib ki, Çin-Belarus münasibətlərinin dinamik inkişafının xeyrinə mühüm razılaşmalar əldə edilib: “Hər mərhələdə biz yeni razılaşmalar əldə edirik. İl ərzində siyasi qarşılıqlı inam və beynəlxalq əməkdaşlıq möhkəmlənib və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın yeni nəticələri göz qabağındadır”, - deyə Si Cinpin bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya