“Biz faiz dərəcələrinin daha uzun müddət yüksək qalmasına hazır olmalıyıq” - BVF

post-img

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva əsas inflyasiyanın azalmasının arxada qaldığını vurğulayıb.

XQ xarici mediaya istinadən xəbər verir ki, Kristalina Georgiyeva faiz dərəcələrinin yüksəlişi 2024-cü ildə, bəlkə də 2025-ci ilə qədər davam edəcəyini bildirib.

"Qlobal iqtisadi artım ötən ilki görüşlərdə verilən proqnozlardan bir qədər yaxşı olub, lakin son 30 ildə 3,8 faizlik artım tempinin altında qalıb. Bazar iqtisadiyyatı və inkişaf etməkdə olan iqtisadi ölkələr pandemiyadan əvvəlki artımından 4-8 faiz geridədirlər. Keçən il 9 faizdən yuxarı olan əsas inflyasiyanın 2024-cü ildə 4,8 faizə düşəcəyini gözləyirik",-deyə Kristalina Georgiyeva vurğulayıb.

Georgiyeva qeyd edib ki, süni intellekt hər il əmək məhsuldarlığını 2-3 faiz artıra bilər. Lakin bu da insanların iş yerlərini itirə və sosial iğtişaşları artıra bilər.

Ayşən AZADOVA
XQ

Dünya