Yaşar Gülər: Etimad tədbirlərinə dair ikinci görüş Yunanıstanda keçiriləcək

post-img

Afina ilə Ankara arasında etimad tədbirlərinin inkişafı üzrə növbəti görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən sonra Yunanıstanda keçiriləcək. Bu barədə jurnalistlərə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Gülər qeyd edib ki, Yunanıstanla danışıqlar müsbət məcrada aparılıb. “Ümid edirəm ki, eyni ruhda davam edəcəyik. Cavab olaraq daha sonra Yunanıstana gedəcəyik. Prezidentimizin səfərindən sonra orada etimad tədbirlərinə dair ikinci görüş keçiriləcək”, - deyə nazir bildirib.

F-16 qırıcıları ətrafında  vəziyyətin inkişafı ilə bağlı sualı cavablandıran Gülər ​​bildirib ki, hazırda kı vəziyyət olduğu kimi qalır.

Gülər ​​əlavə edib: “Başqa hadisələr baş verən kimi sizə məlumat verəcəyik”.

P.ƏMİRCANOV

XQ

Dünya