Moskva və Qahirə suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır

post-img

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı misirli həmkarı Əbdülfəttah əs-Sisiyə ölkəsinin Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə təşəkkür edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Vladimir Putin Misirin Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi hərtərəfli köməyə görə Misirə təşəkkür edib”, - məlumatda ​​deyilir.

Tərəflər həmçinin Qəzza zolağında dinc əhali arasında itkilərin artmasından narahat olduqlarını bildiriblər: “Müzakirə Fələstin-İsrail münaqişəsi zonasında son dərəcə pisləşmiş vəziyyətlə bağlı davam etdirilib. Hər iki tərəf minlərlə uşaq və qadın da daxil olmaqla, mülki əhali arasınmda ölüm sayının sayının görünməmiş dərəcədə artmasından dərin narahatlığını bildirib”.

Prezidentlər həmçinin təsdiqləyiblər ki, Moskva və Qahirə Yaxın Şərqdəki münaqişənin suveren Fələstin dövlətinin yaradılması yolu ilə həllinin tərəfdarıdır.

P.ƏMİRCANOV

XQ

Dünya