Politoloq Stepanyan: Ermənistanın KTMT-dən çıxması zaman məsələsidir

post-img

“Ermənistan üçün KTMT-dən çıxmaq an məsələsidir, çünki əslində Ermənistan artıq KTMT-də deyil. Həm də Ermənistanın KTMT-də daimi nümayəndəsi belə yoxdur və başa düşdüyüm qədər bizdə də olmayacaq”.

Bunu siyasi müşahidəçi David Stepanyan noyabrın 9-10-da Brüsseldə keçirilən “Ermənistanın strateji gələcəyi” konfransında çıxışı zamanı deyib.

“Mən KTMT-nin ilkin olaraq ölü struktur olması ilə bağlı çoxdankı tezisimi bir daha təkrar etməliyəm. 

Şadam ki, hakimiyyətimiz sanki KTMT-dən çıxmaq üçün siyasi xətt götürüb və ümid edirəm ki, bizim təşkilata üzvlüyümüz tezliklə həmişəlik yox olacaq”, - politoloq bildirib.

XQ

Dünya