Ərdoğan və Əsəd Səudiyyə Ərəbistanında İƏT sammitində görüşəcəklər?

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd Səudiyyə Ərəbistanının paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində görüşə bilər. Bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

Materialda qeyd olunur ki, hər iki dövlət başçıları noyabrın 11-də Ər-Riyada gəlməlidir. Sammit əvvəlcə noyabrın 12-nə planlaşdırılsa da, son anda bir gün əvvələ keçirilib.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, bu məlumatı Türkiyədəki “prezident mənbələri” də təsdiqləyib. Eyni zamanda, Ankara təmsilçiləri tədbir çərçivəsində Ərdoğanla Əsəd arasında mümkün görüşü şərh etməyiblər.

“Hər iki liderin Ər-Riyadda olması “Ərdoğan və Əsəd görüşəcəkmi?” sualını da gündəmə gətirib" məqalədə deyilir.

Eyni zamanda, Türkiyə lideri qarşıdan gələn sammiti şərh edərək, onun “böyük əhəmiyyətini” bəyan edib. O, xüsusilə, Yaxın Şərqdəki münaqişənin həlli üçün bu tədbirin əhəmiyyətini vurğulayıb.

Lakin RİA Novosti Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, cənab Ərdoğan konfransı çərçivəsində Suriya prezidenti Əsədlə görüşməyəcək.

Ankara ilə Dəməşq arasında gərginlik 2011-ci ildə Suriya ərazisində vətəndaş müharibəsi başlayanda yaranıb. Həmin an Türkiyə hakimiyyəti Suriyanın hazırkı prezidenti Bəşər Əsədin əleyhdarlarına dəstək verib.

Lakin son vaxtlar hər iki dövlətin nümayəndələri və media nümayəndələri münasibətlərin mümkün normallaşmasından danışmağa başlayıblar. 2022-ci ilin dekabrında Rusiya Türkiyə və Suriyanın müdafiə nazirləri Hulusi Akar və Əli Mahmud Abbas arasında son 11 ildə ilk görüşə ev sahibliyi etmişdi.

XQ

 

 

Dünya