Son 4 ildə Türkiyə xarici ticarətdə nə qədər vəsait əldə edib?

post-img

2020-2023-cü ilin sentyabr ayı dövründə Türkiyədə sənət əsərləri, kolleksiya və antikvar əşyalar sektorunda xarici ticarətin həcmi 117,5 milyon dollar olub.

XQ xarici mediaya istinadən xəbər verir ki, bu sahədə iqtisadi fəaliyyət həm kommersiya məqsədləri, həm də milli və beynəlxalq səviyyədə  artım olub. 

Dünya və Qərbi Avropa ölkələrində keçirilən hərraclarda əsərlərin yüksək məbləğli alıcıları olur. Həmçinin TÜİK-in məlumatlarına görə, 2020-ci ildə 10 milyon 941 min 33 dollar ixracı reallaşarkən bu məbləğ 2022-ci ildə 16 milyon 666 min 27 dollara yüksəlib. Bu ilin 9 ayında 9 milyon 721 min 421 dollarlıq ixracat həyata keçirilib.
Eyni dövrü idxal baxımından da nəzərə alsaq, 2020-ci ildə 7 milyon 507 min 184 dollar xarici alış edilib. Bu məbləğ keçən il 18 milyon 225 min 858 dollar olub. Bu ilin yanvar-sentyabr ayı dövründə ən yüksək məbləğə 27 milyon 37 min 255 dollarla çatılıb.

Belə ki, 2020-2023-cü ilin sentyabr dövründə cəmi 68 milyon 337 min 393 dollar idxala, 49 milyon 121 min 867 min dollara ixraca nail olunub. Ümumi xarici ticarət həcmi 117 milyon 459 min 260 dollar olub.

Ayşən Azadova

Dünya