Hakan Fidan: Şimali Kipr xalqına qarşı ədalətsizliyə qarşı birlikdə dayanmalıyıq

post-img

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Türk dünyası ilə əməkdaşlığın getdikcə daha çox təşkilatlandığını və dərinləşdiyini bildirərək, "Kiprin Türk xalqına qarşı həyata keçirilən ədalətsiz və insanlıqdan kənar təcridə qarşı birlikdə dayanmalıyıq" dedi.

XQ xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısından əvvəl keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

Türkiyəli nazir qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşması və dərinləşməsi bizi çox sevindirir. Çıxışda Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsinin vacibliyini vurğulanıb.

Anar ƏLİ
XQ

Dünya