NATO Türkiyəni təbrik edib

post-img

NATO Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu ölkəni təbrik edib. Məlumatı XQ “Anadolu”ya istinadən verib. 

NATO-nun sosial media səhifəsində yayımlanan mesajında Türkiyənin bu gün yaranmasının 100-cü ildönümünü qeyd etdiyi xatırladılıb və “Müttəfiqimiz Türkiyəni qeyd etmək üçün bizə qoşulun” ifadəsi işlədilib.

Xəbərdə mehmetçiyin Türkiyə bayrağını açan fotosu da yer alıb.

Əsas NATO hesabından əlavə, komandanlıqların və NATO-nun müxtəlif bölmələrinin hesablarında da təbrik mesajları dərc edilib. NATO Birgə Müharibə Mərkəzi, NATO Müdafiə Kolleci, NATO Birgə Qüvvələr Komandanlığı, Qərargahı İzmirdə yerləşən NATO Müttəfiq Quru Komandanlığı, NATO Müttəfiq Transformasiya Komandanlığı, NATO Müttəfiq Əməliyyatlar Komandanlığı və bir çox başqa hesablar Türkiyənin 100 illik yubileyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya