Mark Tvenin “iki gün”ü

post-img

Dünya ədəbiyyatına “Tom Soyerin macəraları”, “Şahzadə və dilənçi”, “Geklberri Finnin macəraları” kimi məşhur romanlar bəxş etmiş amerikalı yazıçı Mark Tvenin həyatının ən vacib iki günü barədə maraqlı açıqlaması var.

Məşhur yazıçı bu barədə öz dövründə çox müdrik sözlər de­yib: “Sənin həyatının ən əhəmiy­yətli iki günü bunlardır: anadan olduğun və dünyaya nə üçün gəldiyini anladığın gün”. 

Mark Tven bununla demək istəyirdi ki, həyatda iki məqam hər şeydən üstün və vacibdir. Bi­rinci, insanın dünyaya göz açdı­ğı və özünün həyat yoluna baş­ladığı məqamdır. İkinci məqam isə insanın ona verilən həyatda məqsədini tam anladığı, nə üçün yaşadığını və nəyə nail olmağa çalışdığını dərk etməsi ilə bağlı­dır 

Bu iki məqamı birləşdirməyə çalışan yazıçı Mark Tvenin (əsl adı Semuel Lenqxorn Klemens) sözünün fəlsəfəsi ondan ibarət­dir ki, doğulub ömür sürməkdən daha vacibi həyatda öz təyinatını və yerini tapmaqdır. Nə yazıqlar ki, bu tale həyatda heç də hamı­ya nəsib olmur. 

İ.HƏSƏNQALA
XQ

Dünya