BMT Baş Assambleyası Fələsindəki vəziyyəti müzakirə edəcək

post-img

BMT Baş Assambleyası Fələstindəki vəziyyətlə bağlı xüsusi fövqəladə sessiya keçirəcək. Bu barədə “Əl-Cəzirə” telekanalına istinadən “İnterfaks.ru” məlumat verib. 

Baş Assambleya prezidenti Dennis Francis, "Təhlükəsizlik Şurası hərəkətə keçmədikdə Baş Assambleya müdaxilə etməlidir" deyə bəyan edib.

Görüş İordaniya və Mavritaniyanın sorğusuna cavab olaraq oktyabrın 26-da, cümə axşamı baş tutacaq.

Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü ABŞ-ın təklif etdiyi İsrail və HƏMAS arasında münaqişəyə dair yeni qətnaməni nəzərdən keçirir. Ötən həftə Təhlükəsizlik Şurası Rusiya və Braziliyanın təklif etdiyi qətnamələri qəbul etməyib.

Oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı münaqişəyə həsr olunmuş aylıq iclasının keçirilməsi planlaşdırılır. Tədbirdə İsrail və Fələstinin xarici işlər nazirləri də daxil olmaqla bir sıra nazirlərin iştirakı gözlənilir.

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vəziyyətlə bağlı nazirlərin görüşündə dövlət katibi Entoni Blinkenin də iştirak edəcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya