Hakan Fidan İran prezidenti ilə görüşüb

post-img

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, “Cənubi Qafqazda 3+3 Formatında Daimi Sülh və Sabitliyin yaradılması üzrə Regional Əməkdaşlıq Platforması”nın ikinci iclasında iştirak etmək üçün İranın paytaxtı Tehranda səfərdə olan Hakan Fidan İran prezidenti İbrahim Rəisi ilə görüşüb”.

Nazir Fidanın Tehranda İran prezidenti ilə görüşü barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilmir.  

P.ƏMİRCANOV
XQ

Dünya