Türkiyənin TB3 PUA-sı ilk qalxışa hazırlıq testini uğurla tamamlayıb

post-img

Türkiyənin qatlana bilən qanad konstruksiyasına malik TB3 silahlı pilotsuz uçuş aparatı (PUA) ilk qalxışa hazırlıq testini uğurla tamamlayıb.

Bu barədə “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabından məlumat yayıb.

Yaxın zamanda ilk uçuşunu edəcək TB3 Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanıb.

TB3 PUA-sı “TCG Anadolu” hərbi amfibiya gəmisi kimi qısa uçuş-enmə zolağına malik dəniz vasitələrində qalxıb enmə qabiliyyətinə malik dünyanın ilk silahlı pilotsuz uçuş aparatı olacaq.



Dünya