Rusiya Qəzzaya 27 ton humanitar yardım göndərib

post-img

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Qəzza zolağının əhalisi üçün 27 ton humanitar yardım göndərib. Bu barədə idarənin mətbuat xidmətinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, təyyarə Moskva yaxınlığındakı Ramenskoye aerodromundan Misirin Əl-Ariş şəhərinin hava limanına yola düşüb.

Yükə un, şəkər, düyü və makaron daxildir.

Yüklərin boşaldılmasından sonra yardım Qəzza zolağına çatdırılmaq üçün Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək.

Humanitar yardım Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq göndərilib.

P.ƏMİRCANOV

XQ

Dünya