Erməni jurnalist: Günahkar Ermənistandır

post-img

Jurnalist Tatul Akopyan hesab edir ki, 2020-ci ildə vəziyyəti Azərbaycanla müharibə vəziyyətinə gətirməkdə günahkar Ermənistandır. 

Jurnalist bu barədə o, özünün Facebook səhifəsində yazıb.

“Qarabağın statusunu açıq qoymaq, Ermənistanın birinci prezidentinin təklif etdiyi 6 rayonu qaytarmaq vacid idi, amma bu, reallığa çevrilmədi. Çünki pul və hakimiyyət dalınca gedən kriminal kvartet dövlət çevrilişi həyata keçirdi. Qarabağ de-yure və de-fakto Azərbaycanın tərkibində ali muxtariyyətə malik müstəqil qurum kimi tanına bilərdi. Lakin erməni siyasi düşüncəsi belə bir fürsəti və bizə lazım olanı əldə etmək perspektivini rədd etdi, biz müharibə yolu ilə, qan tökməklə, öz-özünü parçalamaqla torpaqları itirmək yolunu seçdik. İndi də deyirlər ki, biz nə etsək də, Azərbaycan qane olmadı”, – jurnalist yazır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət