Putin və Si Cinpin dünyada bərabərhüquqlu əməkdaşlığı dəstəkləyirlər

post-img

Pekində Böyük Xalq Zalında “Bir kəmər, bir yol” forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra dar tərkibdə görüş davam etdirilib. Məlumatı “İzvestiya.ru” verib.

Bu barədə oktyabrın 18-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib: “Nümayəndə heyətləri formatında danışıqlar artıq başa çatıb. İndi dar qrupda nahar var, bundan sonra üzbəüz çay süfrəsi olacaq”, – Peskov jurnalistlərə bildirib.

Nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar Moskva vaxtı ilə təxminən 6:50-də başlayıb və təxminən 1,5 saat davam edib.

Çin Xalq Respublikasının rəhbəri qeyd edib ki, ölkəsi Rusiya ilə birlikdə ikitərəfli əməkdaşlığı yeni məzmunla , ÇXR və Rusiya davamlı olaraq qarşılıqlı siyasi etimadı dərinləşdirir və sıx strateji fəaliyyəti dəstəkləyirlər.

Putin Rusiya Federasiyası və Çinin dünyada bərabərhüquqlu əməkdaşlığa tərəfdar olduqlarını qeyd edib. Onun sözlərinə görə, “Bir kəmər, bir yol” ideyası məntiqi olaraq bütün dünya ictimaiyyətində yaradıcı və konstruktiv qarşılıqlı fəaliyyəti gücləndirmək üçün çoxtərəfli səylərə uyğun gəlir.

 

P.ƏMİRCANOV

XQ

Dünya