G20 Rusiyanın şərtlərini yerinə yetirməklə taxıl müqaviləsini bərpa etməyə çağırıb

post-img

G20 ölkələrinin parlament sədrləri əvvəllər Rusiya Federasiyasının Rusiya gübrələrinin və ərzaq məhsullarının maneəsiz ixracı ilə bağlı şərtlərini yerinə yetirərək, taxıl müqaviləsini bərpa etməyin zəruriliyini elan ediblər. TASS xəbər verir ki, müvafiq məqam təşkilatın Hindistanda keçirilən IX parlament sammitinin yekunlarına dair birgə bəyannamədə yer alıb.

Sənəddə bildirilir ki, forum iştirakçıları Qara dəniz təşəbbüsünün bütün şərtlərinin yerinə yetirilməsini zəruri hesab edirlər. Buraya, digər məsələlərlə yanaşı, Rusiya məhsulları və gübrələrinin qlobal bazara tədarükü ilə bağlı BMT Katibliyi ilə Rusiya Federasiyası arasında anlaşma memorandumu da daxildir. 

“Biz taxıl, ərzaq, gübrə və onların komponentlərinin dərhal və maneəsiz idxalını təmin etmək üçün Qara dənizdəki Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün tam, vaxtında və effektiv həyata keçirilməsinə çağırırıq”, - bəyanatda deyilir. 

Sammit iştirakçılarının da vurğuladığı kimi, ən zəif inkişaf etmiş ölkələri ərzaqla təmin etmək üçün beynəlxalq ictimaiyyət belə bir addım atmalıdır. Söhbət ilk növbədə Afrika dövlətlərindən gedir.

S.ELAY

XQ

Dünya